"LEGO"dan əfsanəvi dəst: onu kolleksiyasına daxil etdi – Foto
Maraqlı
“LEGO” Formula-1 tarixinin ən əfsanəvi bolidlərindən birini kolleksiya formatında təqdim edib.
News24.az xəbər verir ki, şirkət “Ferrari F2004” modelinin yeni “LEGO” versiyasını satışa çıxarıb.
Konstruktorda 735 detal yer alır və dəstə Mixael Şumaxerin ayrıca fiquru da daxildir.
Qeyd edək ki, “Ferrari F2004” bolidi 2004-cü il Formula-1 dünya çempionatında 18 yarışdan 15-ni qazanaraq tarixin ən dominant avtomobillərindən biri kimi yadda qalıb. Həmin mövsümdə Mixael Şumaxer 13 qələbə əldə edib ki, bu da o dövr üçün bir mövsümdə ən çox qələbə rekordu hesab olunurdu.