Lionel Messi hindu tanrısı Hanumana dua etdi - Foto
Maraqlı
Argentina milli komandasının və ABŞ-nin “İnter Mayami” klubunun dünyaca məşhur futbolçusu Lionel Messinin Hindistana səfəri bütün dünyada rezonans doğurub.
News24.az xəbər verir ki, Messinin Hindistan səfərinin ilk günlərində ölkədə böyük narazılıq və qarışıqlıq başlamasına baxmayaraq, gəzintisi davam edib. Plan üzrə o, Delhiyə yollanıb. Burada hindli futboçularla görüşüb, hətta onların Messiyə uğursuz ötürmələri, futbolçunun isə həvəslə oynamağa davam etməsi sosial şəbəkədə gündəm olub. O, hindli aktyorlar, aktrisalar, kriket əfsanələri, komandaları ilə də görüşüb və stadionda xalqa təşəkkür edib. Lakin dünyanın ən varlı 10 insanından biri olan Mukeş Ambaninin günlərlə davam edən bahalı toy mərasimi ilə məşhur olan oğlu Anand Ambani və həyat yoldaşı Radhika ilə görüş insanlarda şok effekti yaradıb.
Belə ki, Ambanilər Messi və Suarezlə görüşdükləri heyvan sığınacağında pələnglərdən birinə onun şərəfinə “Lionel” adını veriblər. Görüş bununla da bitməyib. Futbolçuların alınlarına “tika” çəkilib, əllərinə mərasim qabı verilib və onlar hinduzim dua ayininə qatılıblar. Xüsusilə Messinin hinduizm inancına sahib insanlar kimi “Lord Hanuman” heykəlinin qarşısında təzim etməsi müzakirələrə səbəb olub.
Arzu Rövşən