Marketdə satılan bu yuyucu vasitələrini almayın - Zərərli imiş
Maraqlı
Almaniyada fəaliyyət göstərən müstəqil istehlakçı təşkilatı "Stiftung Warentest" tərəfindən aparılan paltaryuyan markası testlərinin nəticələrinə görə, bəzi məhsullar gözlənilən performansı göstərməyib və istehlakçılar üçün riskli hesab olunub.
News24.az xəbər verir ki, testdə "Aldi", "Lidl", "Edeka", "Rossmann" və "Perwoll" kimi markaların də daxil olduğu 11 müxtəlif hassas paltar üçün nəzərdə tutulmuş yuyucu vasitə qiymətləndirilib.
Test nəticələrində ən baha markalardan biri olan "Perwoll" yalnız “kafi” qiymət alıb və xüsusilə ləkə çıxarma gücü və ətraf mühit təsiri baxımından zəif hesab edilib. "Aldi"nin "Tandil Wolle + Pflege" məhsulu isə çevrə üçün zərərli olduğu qeyd edilən maddələrə görə "effektsiz" qiymətləndirilərək test nəticələrində sonuncu yerdə qərarlaşıb.