Marsdan gələn daşda insan izləri tapıldı

Marsdan gələn daşda insan izləri tapıldı Maraqlı

Alimlər Marsdan gələn 2 milyard illik meteorit parçasında insan DNT-sinə bənzər izlər aşkarlayıblar. Bu tapıntı “həyatın kosmosdan gəlməsi” nəzəriyyəsini yenidən gündəmə gətirib.

News24.az xəbər verir ki, "Science Focus" jurnalında yayımlanan araşdırmada həmin daşda DNT-nin əsasını təşkil edən amin turşuları və üzvi molekulların qorunduğu bildirilir. Mütəxəssislərə görə, bu maddələr Yer üzündə həyat yaranmazdan əvvəl formalaşa bilərdi.

Arizona Universitetindən professor Pol Deyvis isə qeyd edib ki, Mars Yer planetindən əvvəl həyat üçün əlverişli olub: "Orada yaranan mikroorqanizmlər meteoritlərlə Yerə daşınmış ola bilər. Bu halda biz hamımız Marslıların nəvələriyik".

Alimlər bu nəticəni həyatın meteoritlər vasitəsilə kainatda yayıla biləcəyini iddia edən panspermiya nəzəriyyəsi ilə əlaqələndirirlər.