Maskın robotu ağıllandı - Ordu yaratmaq istəyir
Maraqlı
“Tesla” şirkətinin “Optimus” robotu daha ağıllı olub.
News24.az xəbər verir ki, bu barədə şirkətin idarə heyətinin sədri Robin Denholm CNBC telekanalına verdiyi müsahibəsində bildirib.
Müsahibə zamanı Denholmdan “Optimus”un nə vaxt insan qədər çevik olacağı soruşulub.
“Mən laboratoriyada “Optimus”la qarşılıqlı əlaqədə olmuşam. O, paltar qatlayır, masanı mükəmməl silir, sizə əşyalar ötürə bilir. Hətta onunla əl sıxa da bilərsiniz”, - deyə Robin Denholm bildirib.
“Tesla” rəhbəri əlavə edib ki, robotun manipulyatorlarının, yəni mexaniki qollarının əşyaları hissetmə qabiliyyəti insanı təəccübləndirir.
Denholmun sözlərinə görə, “Tesla” ofislərində, o cümlədən Kaliforniyanın Palo-Alto şəhərində robotlar artıq insanlara kömək edirlər.
“Biz nəqliyyat, eyni zamanda robot texnikası anlayışını da dəyişirik. Robotlar gələcəkdə daha faydalı və çoxfunksiyalı olacaq”, - deyə o qeyd edib.
“Tesla”nın baş direktoru İlon Mask isə bildirib ki, o, robot ordusuna nəzarət etmək istəyir və minlərlə “Optimus” robotu yaratmaq ideyasından hələ imtina etməyib.