Mədə xərçəngi riskini artıran məşhur içkilər məlum oldu

Mədə xərçəngi riskini artıran məşhur içkilər məlum oldu Maraqlı

Gündəlik şəkərli içki istehlakı mədə xərçəngi riski yaradır.

News24.az xəbər verir ki, "Mass General Brigham and Women’s Hospital" tədqiqatçılarının apardığı araşdırmada 112 mindən çox insanın məlumatları təhlil edilib. Onlar bir neçə onillik ərzində izlənilib və bu müddət ərzində 278 nəfərdə mədə xərçəngi aşkarlanıb.

Araşdırmanın nəticələrinə görə, digər risk faktorları nəzərə alındıqdan sonra gündə ən azı bir porsiya şəkərli içki qəbul edən şəxslərdə mədə xərçənginə tutulma riski ayda bir dəfədən az belə içki qəbul edənlərlə müqayisədə 2,45 dəfə yüksək olub.

Qadınlarda isə bu əlaqənin daha güclü olduğu müəyyənləşdirilib. Belə ki, şəkərli içkilərin gündəlik istehlakı bu qrupda mədə xərçəngi riskinin üç dəfədən çox artması ilə əlaqələndirilib.

Tədqiqatçılar həmçinin şəkərli içkilərin tərkibində geniş istifadə olunan fruktozanın daha yüksək miqdarda qəbulunun da mədə xərçəngi riski ilə əlaqəli olduğunu müəyyən ediblər.

Araşdırmada şəkərli içkilər sırasına qazlı içkilər, limonadlar, meyvə tərkibli içkilər və şəkər əlavə edilmiş idman içkiləri daxil edilib.