Məhbus sayına görə ölkələrin reytinqi: Azərbaycan neçəncidir?
Maraqlı
Dünyanın müxtəlif ölkələrində hər 100 min nəfərə düşən məhbus sayı ilə bağlı yeni statistika açıqlanıb.
News24.az xəbər verir ki, reytinqə əsasən, siyahıya böyük fərqlə Salvador liderlik edir. Bu ölkədə hər 100 min nəfərə 1659 məhbus düşür.
Postsovet məkanında isə ən yüksək göstəricilərdən biri Türkmənistana məxsusdur. Ölkə 576 məhbus göstəricisi ilə dünyada 4-cü yerdə qərarlaşıb.
Reytinqdə Belarus 345 göstərici ilə 24-cü, Rusiya 300 göstərici ilə 35-ci, Gürcüstan isə 285 göstərici ilə 41-ci yerdədir.
Azərbaycan siyahıda 264 məhbus göstəricisi ilə 50-ci sırada yer alıb. Moldova 255 göstərici ilə 54-cü pillədə qərarlaşıb.
Mərkəzi Asiya ölkələri arasında Qazaxıstan 163 göstərici ilə 103-cü, Tacikistan 145 göstərici ilə 112-ci, Qırğızıstan isə 112 göstərici ilə 145-ci yerdədir.
Siyahının sonlarında yer alan ölkələrdən biri Ermənistan olub. Hər 100 min nəfərə 83 məhbus düşən Ermənistan 167-ci yerdə qərarlaşıb və təqdim olunan MDB ölkələri arasında ən aşağı göstəriciyə malik ölkə kimi göstərilib.
Ekspertlər qeyd edirlər ki, məhbusların sayı ölkələrin cinayət siyasəti, məhkəmə sistemi, cəza qanunvericiliyi və hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə birbaşa əlaqəlidir. /Modern.az/