"Məni aktyor kimi tanıyırdılar, amma mən meyit yuyurdum" - Həmsöhbət

"Məni aktyor kimi tanıyırdılar, amma mən meyit yuyurdum" - Həmsöhbət Maraqlı

“Bu da bir Allahın qisməti idi. Uşaqlıqdan dərnəklərə, xalq teatrına gedirdim, aktyorluğu öyrənmək istəyirdim, amma sonradan başa düşdüm ki, bu sahədə öz sözümü deyə bilmirəm”.

News24.az xəbər verir ki, bu sözləri RTV-də yayımlanan “Həmsöhbət” verilişinin qonağı bir vaxtlar aktyor kimi fəaliyyət göstərsə də, hazırda qəssal kimi çalışan Elman Əhmədli deyib.

O, veriliş zamanı həm keçmiş aktyorluq fəaliyyəti, həm də indiki işi barədə danışıb. Əhmədli bildirib ki, aktyorluqdan qazancıda az olduğu üçün bu peşəni dəyişməli olub:

“Aktyorluq sənətindən qazandığım pul az idi. Qəssallığa yönəlməyimin səbəblərindən biri də bu idi.”

Ətraflı məlumat RTV-nin süjetində: