Məşhur aktyorların enerji sirri: Bu içki trendə çevrildi
Maraqlı
Televiziya və kino sənayesində uzun çəkiliş saatları aktyorların həm fiziki, həm də zehni enerjisini ciddi şəkildə tükəndirir. Bu səbəbdən son dövrlərdə məşhurlar qəhvədən fərqli, daha təbii və davamlı enerji verən içkilərə üstünlük verməyə başlayıblar.
News24.az xəbər verir ki, çəkiliş meydançalarında bu içkilər artıq demək olar ki, xüsusi trendə çevrilib.
Məlumata görə, aktyorların ən çox seçdiyi iki içki həm detoks xüsusiyyətinə, həm də təbii enerji artırma təsirinə görə diqqət çəkir. Gur işıq altında işləmək, gecə çəkilişləri, davamlı makiyaj və nizamsız qidalanma onların immunitetini və ümumi sağlamlığını zəiflədə bildiyindən, bu cür içkilər həm enerji, həm də yüngüllük təmin edir.
Son illərin ən populyar içkilərindən biri "matcha"dır. Qəhvə ilə müqayisədə daha yumşaq, lakin daha uzunmüddətli enerji verən" matcha" aktyorların əsas seçimlərindən birinə çevrilib. Çəkiliş fasilələrində “matcha latte” içmək həm onların diqqətini toplamağa kömək edir, həm də gün ərzində enerjinin qəfil enməsinin qarşısını alır.
"Matcha"nın tərkibindəki maddələr zehni konsentrasiyanı artırır, kofein isə daha balanslı enerji hissi yaradır.