Məşhur təam barədə sorğu heyrətləndirdi: ən sevilən, lakin…

Məşhur təam barədə sorğu heyrətləndirdi: ən sevilən, lakin… Maraqlı

Rusiyada Yeni il süfrəsinin iki ənənəvi salatı — “Olivye” və “Şuba” (“Selёdka pod şuboy”) – həm sevilən, həm də insanların ən çox bezdiyi yeməklər sırasına daxil edilib.

News24.az xəbər verir ki, bu barədə “RİA Novosti”nin apardığı sorğunun nəticələri deyir.

Sorğu göstərir ki, respondentlərin 26 faizi “Olivye” salatını sevdiyini deyib, eyni zamanda bu salat 18 faiz səslə ən bezdirici yeməklərdəndir. Bu isə onun Yeni il süfrəsinin klassiki olmasına baxmayaraq, bəzi insanlar üçün artıq monotonluq yaratdığını göstərir.

“Şuba” salatı isə 15 faiz ilə sevilən yeməklər arasında ikinci yerdə, 9 faiz ilə isə bezdirici yeməklər arasında ikinci pillədədir.

Sorğuda üçüncü yerdə həm sevilən, həm də bezdirilən yeməklər arasında “xolodets” (soyudulmuş ət jeli) qərarlaşıb.

Ən maraqlısı isə odur ki, sorğu iştirakçılarının təxminən üçdə biri heç bir Yeni il yeməyindən bezmədiyini və hər növ süfrə yeməyini sevdiyini bildirib.