"Meta" bu şəxslərin sosial media hesablarını bağlayır

"Meta" bu şəxslərin sosial media hesablarını bağlayır Maraqlı

"Meta" şirkəti Avstraliyada dekabrın 10-dan qüvvəyə minən yeni qanuna uyğun olaraq 16 yaşdan kiçik istifadəçilərin "Instagram", "Facebook" və "Threads" hesablarını bağlamağa başlayıb.

News24.az xəbər verir ki, bu barədə şirkət rəsmi açıqlama yayıb.

Məlumata görə, qadağa təxminən 150 min "Facebook" və 350 min "Instagram" hesabını əhatə edəcək. Qanuna əsasən, şirkətlər azyaşlılara hesab açmağa icazə versələr, 33 milyon dollara qədər cərimələnə bilərlər. "Meta" 13–15 yaşlı istifadəçiləri dekabrın 4-dən etibarən xəbərdar etdiyini bildirib.