Meteor yağışı belə görüntüləndi - Fotolar

Meteor yağışı belə görüntüləndi - Fotolar Maraqlı

“Perseid” meteor yağışı Türkiyənin Bitlis vilayətində möhtəşəm görüntülərlə qeydə alınıb.

News24.az xəbər verir ki, görüntülər Bitlis Eren Universitetinin Səhiyyə Elmləri Fakültəsinin dosenti, Dr. Cihan Önen tərəfindən lentə alınıb.

Şaxtalı hava şəraitinə baxmayaraq, işıq çirkliliyindən uzaq ərazilərdə aparılan çəkilişlər zamanı meteorların səmanı parlaq izlərlə yarıb keçdiyi anlar əks olunub. Dr. Önen bildirib ki, Bitlisin coğrafi mövqeyi bu cür səma hadisələrinin müşahidəsi üçün olduqca əlverişlidir.

Qeyd edək ki, “Perseid” meteor yağışı 14 dekabr tarixində ən yüksək səviyyəyə çatıb və hazırda intensivliyi tədricən azalır.

Meteor yağışı belə görüntüləndi - Fotolar Meteor yağışı belə görüntüləndi - Fotolar Meteor yağışı belə görüntüləndi - Fotolar