“Microsoft”dan 9,7 milyard dollarlıq investisiya
Maraqlı
“Microsoft” süni intellekt sahəsində imkanlarını genişləndirmək məqsədilə məlumat mərkəzi operatoru IREN ilə 9,7 milyard dollarlıq bulud xidmətləri müqaviləsi imzalayıb.
News24.az xəbər verir ki, beş illik nəzərdə tutulan bu tərəfdaşlıq şirkətlərin AI infrastrukturunun inkişafında mühüm mərhələ hesab olunur.
Razılaşmaya əsasən, IREN Nvidia-nın ən son GB300 sürətləndirici sistemlərinə çıxış əldə edəcək. Bu texnologiya süni intellekt və maşın öyrənməsi modellərinin emal gücünü əhəmiyyətli dərəcədə artıracaq.
Şirkətdən verilən açıqlamaya görə, müqavilə əsasən Texas ştatında yerləşən məlumat mərkəzlərində həyata keçiriləcək və süni intellekt əsaslı bulud iş yüklərinin idarə edilməsini təmin edəcək. Microsoft bu müqavilənin bir hissəsi kimi ümumi məbləğin 20 faizini ilkin ödəniş olaraq ödəyə