Midye qabıqlarının illik dəyəri 12 trilyon dollardır
Maraqlı
Alimlər midye qabıqlarının bərpasının dünya iqtisadiyyatına ildə 12 trilyon dollar fayda verə biləcəyini hesablayıblar.
News24.az xəbər verir ki, araşdırmanın nəticələri “Frontiers in Marine Science” jurnalında dərc olunub.
Məlumata görə, son 100 ildə çirklənmə, iqlim dəyişikliyi və həddindən artıq balıq ovu səbəbindən midye riflərinin təxminən 85 faizi məhv olub.
Midyelər dəniz suyunu təmizləyir, sahilləri eroziyadan qoruyur, karbonu udur və balıqlar üçün yaşayış mühiti yaradır.
Araşdırmaya əsasən, dünyada midyelərin yaşaması üçün uyğun ərazilərin 90 faizi bərpaya, 80 faizi isə ciddi qorunmaya ehtiyac duyur.
Alimlər bildirirlər ki, midye qabıqlarının bərpası həm dəniz canlılarının qorunmasına, həm də sahilyanı ərazilərin iqtisadi inkişafına kömək edə bilər.