Miqreni olanların nəzərinə - Bunları edin
Maraqlı
Miqrendən əziyyət çəkənlər istirahətə getməzdən əvvəl maqnezium qəbuluna başlamalı və dərman çantasını əvvəlcədən hazırlamalıdır.
News24.az xəbər verir ki, bu tövsiyə ilə rusiyalı nevroloq Valentina Romanyuk çıxış edib.
Həkimin sözlərinə görə, hava təzyiqi, temperatur və rütubətin dəyişməsi miqren tutmalarını tətikləyə bilər.
Riski azaltmaq üçün gündə 400 mq maqnezium qəbul etmək faydalıdır. Lakin bu üsul tutma zamanı ağrını aradan qaldırmır.
Romanyuk həkim məsləhəti ilə resept əsasında satılan triptanlardan (məsələn, sumatriptan burun spreyi), yüngül ağrılar üçün isə ibuprofen və ya naproksen qəbul etməyi tövsiyə edib.
Ürəkbulanma və qusmanı azaltmaq üçün metoklopramid tərkibli preparatlardan istifadə oluna bilər.
Nevroloq əlavə edib ki, miqren tutması başlayan kimi qaranlıq və sakit yerdə uzanmaq, başa soyuq kompres qoymaq və xüsusilə ilk 15 dəqiqədə parlaq işıqdan uzaq durmaq vacibdir.