Misir piramidaların ən sirli yeri: Ordu illərdir bu ərazini bağlı saxlayır

Misir piramidaların ən sirli yeri: Ordu illərdir bu ərazini bağlı saxlayır Maraqlı

Giza piramidalarından cəmi bir neçə kilometr aralıda yerləşən Zaviyet əl Aryan Misirin ən sirli arxeoloji yerlərindən biri kimi tanınır.

News24.az xəbər verir ki, onilliklərdir Misir ordusunun nəzarətində olan bu bölgəyə alimlərin və tədqiqatçıların girişi qadağandır.

Giza piramidalarından təxminən 5 kilometr aralıda yerləşən Zawyet El Aryan on illərdir ki, Misir ordusunun nəzarəti altındadır. Tədqiqatçılar bu ərazini məxfi xarakterinə və məhdud girişə görə “Misirin 51 -ci ərazisi” adlandırırlar.

Ərazidə ilk qazıntıları XX əsrin əvvəlində italiyalı arxeoloq Alessandro Barsanti aparmışdı. O, əhəngdaşına oyulmuş nəhəng T formalı çuxur aşkar etmişdi. Təxminən 30 metr dərinlikdə olan bu qurğunun ortasında qranit qapağı ilə örtülmüş oval bir kamera tapılmışdı.

Barsanti kameranın içində tanınmayan bir maddə gördüyünü bildirsə də, həmin maddə sonradan yoxa çıxıb. Daha maraqlısı isə divarlarda qırmızı və qara rənglə yazılmış heroqliflər olub. Bu yazılarda “Seba” sözü yer alıb. Qədim misir dilində bu söz “ulduzlara açılan qapı” mənasını verir.

Bəzi alimlər bu yerin yarımçıq qalmış bir piramidnın əsası ola biləcəyini düşünür. Amma burada nə piramida, nə də məzara aid hər hansısa iz tapılmayıb.

Digər tədqiqatçılar isə Zaviyet əl-Aryanı “kosmik enerji və ruhsal keçid məkanı” kimi qiymətləndirir. Qranitdən hazırlanmış döşəmə və mükəmməl yonulmuş daş divarlar bu ehtimalı daha da gücləndirir. 1960-cı illərdə Misir ordusu bölgəni tamamilə bağlayıb və o vaxtdan bəri heç bir qazıntıya icazə verilmir. Barsantinin yüz il əvvəl çəkdiyi fotolar bu gizli məkan barədə hələ də yeganə əsas mənbə sayılır.

Xeyrənsə Piriyeva