Üç nadir hadisə eyni gündə – bu tarixdə kosmik möcüzə yaşanacaq
Maraqlı
12 avqust kosmos həvəskarları üçün unudulmaz bir gün olacaq. Səmada bir neçə nadir hadisə eyni gündə baş verəcək.
News24.az xəbər verir ki, səhər saatlarında planetlərin paradı olacaq. Bu, Mars, Venera, Yupiter, Saturn və digər böyük planetlərin səmada sıralanmasıdır və erkən saatlarda Günəş çıxmazdan əvvəl müşahidə oluna bilər.
Günün ortasında isə tam Günəş tutulması baş verəcək. Bu hadisə günorta vaxtı müşahidə olunacaq.
Gün batdıqdan sonra isə Perseid meteorları gecəsi başlayacaq. Meteorlardan ibarət bu axın ən aktiv dövrünə çatacaq və səmanı müşahidə edənlər çoxlu “ulduz yağışı” görə biləcəklər.
Beləliklə, 12 avqust həm günorta, həm də gecə səma hadisələrinə baxmaq üçün ideal tarixdir və astronomiya həvəskarları üçün nadir fürsətdir.