NASA asteroiddə həyat əlamətləri sayılan maddələr tapdı

NASA asteroiddə həyat əlamətləri sayılan maddələr tapdı Maraqlı

NASA alimləri Bennu asteroidindən gətirilmiş ilk nümunələrdə həyatın yaranması üçün əsas hesab edilən qlükoza və riboza izlərini aşkar ediblər.

News24.az xəbər verir ki, Yer atmosferi ilə təmas etməmiş qaya tozunun təhlili həm RNT-nin quruluşunda yer alan ribozanın, həm də canlı orqanizmlərdə enerji mənbəyi olan qlükozanın asteroiddə mövcud olduğunu ortaya qoyub.

Bu tapıntı həyatın ilkin komponentlərinin kosmosda geniş yayıldığını göstərir və digər planetlərdə həyat ehtimalına dair elmi ümidləri artırır. Alimlər həmçinin asteroiddə əvvəllər heç bir yerdə rast gəlinməyən, “kosmos saqqızı” adlandırılan sirli polimervari maddə də aşkarlayıblar.

Bennu nümunələrinin tərkibində ölü ulduzların tozunun qeyri-adi dərəcədə çox olduğu müəyyən edilib. Mütəxəssislər bu nəticələri “başlanğıcın başlanğıcı” kimi qiymətləndirir və onun kainatda həyatın mənşəyinə dair araşdırmalarda yeni imkanlar açdığını bildirirlər.