Nokia-nın 140 illik sirri üzə çıxdı

Nokia-nın 140 illik sirri üzə çıxdı Maraqlı

Bir dövr mobil telefon dünyasına damğasını vuran, lakin “ağıllı telefon” erasının yüksəlişi ilə təsirini tədricən itirən Nokia, unudulmaz modelləri ilə yadda qalsa da, markanın adının mənşəyi indi çoxlarının diqqətini çəkir.

News24.az xəbər verir ki, 1865-ci ildə finlandiyalı Fredrik Idestam tərəfindən kağız fabriki kimi qurulan Nokia, illər keçdikcə fərqli istehsal sahələrinə yönəldi və 20-ci əsrin sonlarına doğru kompüter və mobil telefon istehsalına başladı.

2000-ci ildə satışa çıxan Nokia 3310 modeli isə milyonlarla satılaraq tarixə düşdü.

“Nokia” adının sirri

Şirkətin məlumatına görə, Idestam ikinci fabrikini Nokianvirta çayı yaxınlığında açdıqdan sonra markaya bu adını verdi. Hətta başlanğıcda su ilə əlaqəsini vurğulamaq üçün balıq fiqurlu loqo istifadə edirdi.

Amma “Nokia” sözünün kökü daha maraqlıdır – qədim fin dilində bu söz qaranlıq tüklü, sansar kimi bir heyvanı ifadə edirdi. Zavod həmin adı daşıyan bölgəyə köçdükdə, şirkət rəsmi olaraq “Nokia” adını aldı.

Markaya adını verən şəhər

Pirkanmaa bölgəsindəki Nokia şəhəri də eyni ildə – 1865-ci ildə təsis olunub. Bu gün təxminən 30 min nəfərin yaşadığı kiçik şəhər markanın ilham mənbəyinə çevrilib.

Hələ də fəaliyyətdədir

Bu gün Nokia, 104 min əməkdaş ilə dünyanın hər yerində fəaliyyət göstərir. Şirkət telekommunikasiya infrastrukturu, 5G texnologiyası, “ağıllı” cihazlar, rəqəmsal sağlamlıq və virtual reallıq kimi sahələrdə yeniliklərini davam etdirir.

Vüsal