Numeroloqlar iddia edir: Bu tarixlərdə doğulanlar daha varlı olur
Maraqlı
Numeroloqlar iddia edirlər ki, insanın doğum tarixi onun maliyyə uğuruna, karyerasına və xarakterinə təsir göstərə bilər. Onların fikrincə, bəzi rəqəmlər daha yüksək enerjiyə malikdir və uğurlu insanlar arasında daha çox rast gəlinir.
News24.az xəbər verir ki, bu barədə "Times of India" nəşri yazıb.
Numerologiya tərəfdarlarının sözlərinə görə, ayın müəyyən günlərində doğulan insanlar liderlik, yaradıcılıq, intizam və maliyyə bacarıqları ilə seçilirlər.
1, 10, 19 və 28-də doğulanlar
Bu tarixlərdə doğulanlar təbii lider hesab edilir. Onlara qətiyyət, özünəinam, ambisiyalılıq və hesablanmış risklərə meyillilik aid edilir. Numeroloqlar hesab edirlər ki, bu xüsusiyyətlər onları uğurlu sahibkara çevirə bilər.
8, 17 və 26-da doğulanlar
Bu tarixlər maliyyə savadlılığı, intizam və dözümlülüklə əlaqələndirilir. İddiaya görə, belə insanlar uzunmüddətli planlaşdırma və zəhmət hesabına maddi uğur qazana bilirlər.
3, 12, 21 və 30-da doğulanlar
Onların güclü ünsiyyət bacarıqlarına və yaradıcı düşüncəyə malik olduqları bildirilir. Numeroloqlar bu insanların təhsil, media və şou-biznes sahələrində daha uğurlu ola biləcəyini deyirlər.
5, 14 və 23-də doğulanlar
Bu tarixlərdə dünyaya gələnlərin çevik düşüncəli, fürsətləri tez qiymətləndirən və dəyişikliklərə asan uyğunlaşan insanlar olduqları iddia edilir. Onların satış, marketinq, turizm və idarəetmə sahələrində uğur qazana biləcəyi vurğulanır.