Oktyabrın 14-ü ilə bağlı xəbərdarlıq
Maraqlı
Oktyabrın 14-də Yer kürəsində zəif maqnit fırtınasının baş verəcəyi proqnozlaşdırılır.
News24.az xəbər verir ki, bu barədə Günəş Astronomiyası Laboratoriyası və Günəş-Yer Fizikası İnstitutunun məlumatlarında bildirilib.
Mütəxəssislərin hesablamalarına görə, geomaqnit pozuntuları ən çox oktyabrın 14-nə keçən gecə hiss oluna bilər. Fırtınanın intensivliyi G1 səviyyəsində qiymətləndirilir ki, bu da zəif maqnit fırtınası hesab olunur.
Proqnoza əsasən, bazar ertəsi və çərşənbə axşamı maqnitosferin əsasən sakit olacağı gözlənilir. Ayın son gününədək yeni maqnit fırtınasının baş verməsi ehtimalı aşağı qiymətləndirilir.
Qeyd edək ki, G1 maqnit fırtınaları geomaqnit aktivliyinin ən zəif səviyyəsidir.