Ölkə tarixinin ən böyük qızıl yatağı aşkarlandı - 800 ailə köçürülə bilər

Ölkə tarixinin ən böyük qızıl yatağı aşkarlandı - 800 ailə köçürülə bilər Maraqlı

Keniyada ölkə tarixinin ən böyük qızıl yataqlarından biri kəşf olunub.

News24.az xəbər verir ki, bu kəşf İngiltərənin “Shanta Gold” mədən şirkəti tərəfindən həyata keçirilib. Yatağın ümumi ehtiyatının təxminən 1,27 milyon unsiya olduğu müəyyən edilib.

Bu, təxminən 683 milyard Keniyə şillinqi dəyərində qiymətləndirilir. Şirkətin yaydığı məlumata görə, yataq əsasən Qərbi Keniyada yerləşən Isulu və Bushianqala bölgələrini əhatə edir.

Ətraf Mühit və Təsir Qanunvericiliyi (ƏMTQ) hesabatında bildirilir ki, yataqlarda hər ton filizdə orta hesabla 11,43 qram qızıl mövcuddur. Sənəddə layihə iqtisadi baxımdan səmərəli, texniki cəhətdən mümkün və sosial cəhətdən arzuolunan kimi dəyərləndirilib.

Bununla belə layihənin həyata keçirilməsi bəzi sosial çətinliklərə səbəb olacaq. Qızılın çıxarılması üçün təxminən 337 hektar torpaq sahəsi tələb olunur ki, bu ərazilərin əksəriyyəti xüsusi mülkiyyətdədir. Nəticədə, təxminən 800 ailənin köçürülməsi planlaşdırılır.