Oyuncaq sayəsində milyarder oldu
Maraqlı
Məşhur “Labubu” oyuncaqları ilə tanınan “Pop Mart” brendinin yaradıcısı Van Nin Çinin ən varlı 10 iş adamı sırasına daxil olub.
News24.az xəbər verir ki, bu barədə “Forbes” jurnalı məlumat yayıb.
Nəşrin açıqlamasına görə, Van Ninin sərvəti 22,3 milyard dollar dəyərində qiymətləndirilir.
“Forbes”in tərtib etdiyi siyahının lideri “ByteDance” şirkətinin təsisçisi və “TikTok” platformasının sahibi Çjan İminq olub. Onun sərvəti 65,5 milyard dollara çatır.
İkinci yeri “Nongfu Spring” içkilər markasının rəhbəri Çjon Şanşan (58,7 milyard dollar), üçüncü pilləni isə “PUBG Mobile” və “WeChat” kimi populyar tətbiqlərin yaradıcısı, “Tencent” şirkətinin rəhbəri Ma Xuatenq (52,2 milyard dollar) tutur.