Oyuncaqdan da balaca: Dünyanın ən kiçik atı bu ölkədə yaşayır - Foto

Oyuncaqdan da balaca: Dünyanın ən kiçik atı bu ölkədə yaşayır - Foto Maraqlı

Almaniyada yaşayan Pumukel adlı at dünyada ən kiçik at kimi Ginnesin Rekordlar Kitabına düşüb.

News24.az xəbər verir ki, Pumukelin boyu cəmi 52,6 santimetrdir. Buna baxmayaraq, o, son dərəcə enerjili və oynaqdır.

Miniatür ölçüləri ona mane olmur, əksinə, Pumukel hətta terapevtik heyvan kimi fəaliyyət göstərir. O, mütəmadi olaraq hospislərə və ahıllar evinə gedərək insanlara emosional dəstək olur.

Qeyd edək ki, kiçik atlar adətən xüsusi cinslərdən əldə edilir, lakin Pumukelin hekayəsi tamamilə fərqlidir. Onu bu qədər unikal edən isə xüsusi seleksiya deyil, o, genetik səhv nəticəsində bu ölçüdə qalıb. Bu hal çox nadir rast gəlinir.

Oyuncaqdan da balaca: Dünyanın ən kiçik atı bu ölkədə yaşayır - Foto Oyuncaqdan da balaca: Dünyanın ən kiçik atı bu ölkədə yaşayır - Foto Oyuncaqdan da balaca: Dünyanın ən kiçik atı bu ölkədə yaşayır - Foto