Paşinyan musiqi qrupu yaratdı
Maraqlı
Ermənistanın 60 yaşlı baş naziri Nikol Paşinyan öz musiqi qrupunun yaradıldığını elan edib.
News24.az xəbər verir ki, bu barədə Paşinyan feysbuk hesabında bildirib.
Qrupun adı “Varçabend” (“Varchaband”) adlanır. Bu, erməni dilində “varçapet” (Baş nazir) və ingiliscə “band” (musiqi qrupu) sözlərinin birləşməsindən yaranıb.