"Apple" “iPhone”lara yeni funksiya əlavə edir

"Apple" “iPhone”lara yeni funksiya əlavə edir Maraqlı

“Apple” ABŞ pasportlarının rəqəmsal versiyalarını “iPhone”larda “Apple Wallet” vasitəsilə saxlamağa imkan verəcək yeni funksiyanı təqdim edib.

News24.az xəbər verir ki, şirkətin vitse-prezidenti Cennifer Beyli bildirib ki, funksiya ilkin mərhələdə yalnız ABŞ-də aktiv olacaq.

İstifadəçilər rəqəmsal pasportlarını hava limanlarında, onlayn platformalarda və mağazalarda şəxsiyyət və yaş təsdiqi üçün istifadə edə biləcəklər. Sistem “REAL ID” standartlarına uyğun qurulub və şəxsi məlumatların təhlükəsizliyini qoruyur.

Yeni funksiya iOS 26 əməliyyat sistemi ilə uyğun gələcək və yalnız “iPhone 11” və daha yeni modellərdə işləyəcək. “Apple” digər ölkələrin pasportlarının əlavə olunması ilə bağlı hələ açıqlama verməyib, lakin gələcəkdə qlobal genişlənmə planlaşdırılır.