Pikassonun rəsm əsəri hərraca çıxarıldı – vəsait isə bu fonda köçürüləcək

Pikassonun rəsm əsəri hərraca çıxarıldı – vəsait isə bu fonda köçürüləcək Maraqlı

Pablo Pikassonun 1941-ci ilə aid “Qadın üzü” adlı tablosu Parisdə “Christie’s” auksion evində nümayiş etdirilib.

News24.az xəbər verir ki, BBC-nin məlumatına görə, rəsmin dəyəri təxminən 1 milyon avro olaraq qiymətləndirilir.

Əsərin hərracında iştirak üçün biletin qiyməti isə 100 avrodur.

Əldə olunan bütün vəsait Fransada Alzheimer xəstəliyi üzrə araşdırmalara dəstək verən fonda yönəldiləcək.