Qadın yuxudan ilanla oyandı
Maraqlı
Avstraliyada yaşayan Reyçel Blur gecə yarısı sinəsində ağır bir cisim hiss edərək oyandığını bildirib.
News24.az xəbər verir ki, əvvəlcə bunun iti olduğunu düşünən qadın, həyat yoldaşı işığı yandıranda üzərində 2,5 metr uzunluğunda piton ilanı olduğunu görüb.
Blurun həyat yoldaşı ona tərpənməməsini tapşırıb. Qadın yorğanın altına girərək sakit şəkildə ilandan qurtulub, daha sonra əlində yemək istifadə edərək pitonu evdən çölə çıxarıb.
Kənddə böyüdüyünü və ilanlara öyrəşdiyini deyən Reyçel Blur, - sakit olsan, onlar da sakit qalır", - deyə bildirib.