Qaraciyərə yağ yığılmasının qarşısını alır - Hər evdə var
Maraqlı
Sarı çay qaraciyəri yağlanmaqdan və iltihabdan qoruya bilər.
News24.az xəbər verir ki, bu barədə "Food & Function" (F&F) jurnalında məqalə dərc olunub.
Alimlər siçanlar üzərində apardıqları təcrübədə sarı çayın qaraciyərə təsirini araşdırıblar. Tədqiqat zamanı uzun müddət istifadə edildikdə qaraciyərdə piylənməyə səbəb ola bilən deksametazon adlı dərmanın yaratdığı zərərlər öyrənilib.
Altı həftə ərzində sarı çay ekstraktı verilən siçanlarda qaraciyər göstəricilərinin daha yaxşı olduğu müşahidə edilib. Onlarda həm qaraciyər yağlanması, həm xolesterin və triqliserid səviyyəsi, həm də iltihab əlamətlərinin alalması müşahidə edilib.