Qaraciyəri zədələnmədən qoruyan təbii bir maddə kəşf edildi

Qaraciyəri zədələnmədən qoruyan təbii bir maddə kəşf edildi Maraqlı

Üzüm, giləmeyvə və fıstıqda olan təbii birləşmə - polifenol bədəni istidən və qaraciyərin ağır zədələnməsindən qoruya bilər.

News24.az xəbər verir ki, bu barədə tədqiqatın nəticələri "Food & Function" (F&F) jurnalında dərc edilib. Məlumata görə, Çin alimləri yüksək temperatura məruz qalan siçanlar və qaraciyər hüceyrələri üzərində təcrübələr aparıblar. Onlar polifenolun (resveratrol) bədənin həddindən artıq istiləşməsi zamanı baş verən proseslərə necə təsir etdiyini araşdırıblar.

Onlar bu maddə ilə əvvəlcədən müalicənin normal bədən istiliyinin qorunmasına, qaraciyər zədələnməsinin azalmasına və qaraciyər funksiyasının yaxşılaşdırılmasına kömək etdiyini aşkarlayıblar.