Qaranlıq dövr başladı - 65 gün Günəş görünməyəcək

Qaranlıq dövr başladı - 65 gün Günəş görünməyəcək  Maraqlı

ABŞ-nin Alyaska ştatının şimalındakı Utqiagvik qəsəbəsi 65 günlük qütb gecəsinə daxil olub.

News24.az xəbər verir ki, noyabrın 18-dən etibarən şəhərdə günəş 24 saat görünməyəcək və növbəti günəş doğumu yalnız 22 yanvar 2026-cı ildə baş verəcək.

Arktika dairəsindən 483 km şimalda yerləşən Utqiagvik Yer oxunun əyilməsi səbəbindən qış mövsümündə günəş şüaları ala bilmir. Bu müddətdə şəhəri yalnız solğun alatoranlıq və şimal işıqları işıqlandırır, temperatur isə tez-tez sıfırın altına düşür.

Qaranlıq dövr baharda sona çatacaq. Mayın ortalarından etibarən bölgə avqustun əvvəlinə qədər davam edən fasiləsiz gün işığı mərhələsinə keçəcək.