Qatığın içindən sərvət çıxdı - Foto
Maraqlı
Bolqarıstanın Kapitan Andreevo sərhəd-keçid məntəqəsində gömrük nəzarəti zamanı Türkiyədən Avropaya gedən bir avtobusda yoğurt qabının içində gizlədilmiş qızıl zinət əşyaları aşkarlanıb. Rəsmilər müsadirə olunan zinət əşyalarının dəyərinin təxminən 114 min avro olduğunu açıqlayıb.
News24.az-ın məlumatına görə, Türkiyədən Avropaya getmək üçün Bolqarıstan ərazisinə daxil olan avtobus, risk analizi nəticəsində gömrük əməkdaşları tərəfindən detallı yoxlanışa götürülüb. İçərisində 13 sərnişin olan nəqliyyat vasitəsində aparılan axtarış zamanı oturacaqlardan birində qida məhsulları ilə dolu iki paket aşkar edilib. Yoxlama zamanı paketlərdən birindəki 5 kiloluq yoğurt qabının içindən şəffaf paketlərə bükülmüş zəncir, bilərzik, üzük, boyunbağı, sırğa, medalion, tac və qalstuk iynəsi kimi qızıl zinət əşyaları tapılıb.
Aparılan araşdırma nəticəsində zinət əşyalarının 14 ayar qızıldan olduğu və ümumi çəkisinin 1241 qramdan artıq olduğu müəyyən edilib. Ekspert rəyi əsasında qızılların ümumi dəyərinin təxminən 114 min avro olduğu bildirilib.
Gömrük orqanları qızılların sahibi olduğu müəyyən edilən 50 yaşlı N.M. barəsində cinayət işi başladıb. Haskovo Regional Prokurorluğunun nəzarəti altında aparılan istintaq çərçivəsində şübhəliyə 1000 avro məbləğində girov və ölkədən çıxış qadağası tətbiq edilib.
Vüsal