Qatlanan "iPhone" təqdim edildi - Qiymət və funksiyaları

Qatlanan "iPhone" təqdim edildi - Qiymət və funksiyaları Maraqlı

“Apple” şirkəti “iPhone Duo” adlı yeni smartfon modelini təqdim edib.

News24.az xəbər verir ki, bu, yeni smartfon sinfidir və 2017-ci ildə “iPhone X” modelinin təqdimatından sonra “iPhone” üçün ilk yeni forma dəyişikliyidir.

Yeniliyin əsas xüsusiyyəti qatlanan ekrandır.

Şirkət bildirib ki, əvvəlki qatlanan telefonların dizaynı uğursuz görünürdü. Onlar sanki iki telefonun birləşdirilməsindən ibarət idi və tətbiqlərin optimallaşdırılması da lazımi səviyyədə deyildi. Buna görə də “Apple” qatlanan telefon üzərində uzun müddət işləyib.

“iPhone Duo” ölçüsünə görə pasporta bənzəyir. Telefonun hər iki ekranının tərəf nisbəti eynidir.

Telefon tam açıldıqda “Apple”ın ən nazik “iPhone” modeli olur. Onun qalınlığı hətta “iPhone Air” modelindən də azdır.

Şirkət həmçinin bildirib ki, telefon tam açıldıqda əsas idarəetmə seçimləri istifadəni asanlaşdırmaq üçün sağ tərəfə keçirilib.

“Wi-Fi” siqnalı, enerji doldurma göstəricisi və mobil şəbəkə siqnalı kimi bəzi funksiyaların vizual görünüşü də daha sadə formada təqdim edilib.

Qeyd edək ki, “iPhone Duo”-nun qiyməti 1999 dollarla 3199 dollar arasında dəyişir.

Qatlanan "iPhone" təqdim edildi - Qiymət və funksiyaları Qatlanan "iPhone" təqdim edildi - Qiymət və funksiyaları Qatlanan "iPhone" təqdim edildi - Qiymət və funksiyaları Qatlanan "iPhone" təqdim edildi - Qiymət və funksiyaları