Qatlanan "iPhone"-u hər kəs ala bilməyəcək
Maraqlı
“Apple” şirkəti ilk qatlanan “iPhone” modelini, böyük ehtimalla, bu payız təqdim edəcək.
News24.az xəbər verir ki, məlumatlara görə, bu cihazı almaq o qədər də asan olmayacaq.
İlk qatlanan “iPhone” olduqca məhdud sayda istehsal ediləcək
Şərti olaraq “iPhone Ultra” adlandırılan model çox az sayda satışa çıxarılacaq.
İlk partiyanın, böyük ehtimalla, ABŞ-yə göndəriləcəyi, digər ölkələrin isə cihazı almaq üçün bir neçə ay gözləməli olacağı bildirilir.
Qeyd edək ki, daha əvvəl analitik Min-Çi Kuo da “Apple”ın 2026-cı ilin ikinci yarısında cəmi 7-8 milyon qatlanan “iPhone” istehsal edə biləcəyini açıqlaylb.
Onun sözlərinə görə, 2026-cı ilin üçüncü rübündə isə cəmi 500 min-1 milyon ədəd istehsal olunacaq.
“iPhone Ultra”nın gözlənilən qiymətinin 2 min dollardan yüksək olacağı bildirilir.
Buna görə də cihazın kütləvi məhsula çevrilməsi gözlənilmir.