Qəzəb dedikdə ağla gələn bürclər - Təəccüblənəcəksiniz
Maraqlı
Astroloqların fikrincə, bəzi bürclər emosiyalarını idarə etməkdə çətinlik çəkir və qəzəbi daha sərt formada yaşayırlar.
News24.az xəbər verir ki, bu xüsusiyyət xüsusilə dörd bürcdə daha qabarıq görünür.
Qoç bürcü ən qəzəbli bürclərin başında gəlir. İmpulsiv və enerjili xarakterləri səbəbindən əsəblərini saxlaya bilmirlər və ani qəzəb partlayışları yaşayırlar. Şir bürcü də tez əsəbiləşən bürclər sırasındadır. Sədaqətli və qoruyucu olsalar da, qəzəbləndikdə sərt və dağıdıcı davranışlar göstərə bilirlər.
Əqrəb bürcü qəzəbini dərhal büruzə vermir. Duyğularını içində saxlayır, lakin zamanı gəldikdə qəfil və güclü reaksiyalar verə bilir. Oxatan bürcü isə qəzəbini cilovlamaqda çətinlik çəkir. Uca səslə danışmaq, impulsiv davranmaq və mübahisəyə meyllilik bu bürcün əsas xüsusiyyətləri arasında göstərilir.