Qocalmanı ləngidən şokolad növü aşkar edildi
Maraqlı
Şirniyyat sevənləri sevindirəcək yeni elmi araşdırma aparılıb.
News24.az xəbər verir ki, mütəxəssislər tünd şokoladın tərkibində olan teobromin maddəsinin bioloji yaşlanma prosesini ləngitdiyini müəyyən ediblər.
London Kral Kollecinin rəhbərliyi ilə Böyük Britaniya və Almaniyadan olan ümumilikdə 1669 nəfərin sağlamlıq göstəriciləri təhlil edilib. Nəticələr göstərib ki, qanında teobromin səviyyəsi yüksək olan insanların bioloji yaşları xronoloji yaşlarına nisbətən daha aşağıdır.
Mütəxəssislər bunun tərkibində kakao olan tünd şokoladın hüceyrələrdə zamanla yığılan zədəyə qarşı müəyyən qoruyucu mexanizmlər yaratması ilə əlaqəli olduğunu bildirirlər. Bununla belə, araşdırma nəticələri şokoladın həddindən artıq istehlakını tövsiyə etmir.