Radiasiyanı “yeyən” göbələk tapıldı - Foto

Radiasiyanı “yeyən” göbələk tapıldı - Foto Maraqlı

Çernobılın yüksək radiasiyalı zonasında aparılan araşdırmalar zamanı elm adamları qeyri-adi xüsusiyyətə malik qara rəngli göbələk növü "Cladosporium sphaerospermum" müəyyən ediblər.

News24.az xəbər verir ki, bu göbələyin radioaktiv mühitdə daha sürətlə inkişaf etdiyi, hətta radiasiyanı bir növ “enerji mənbəyi” kimi istifadə etdiyi məlum olub.

Mütəxəssislər göbələyin bu xüsusiyyətini onun hüceyrə divarlarında yüksək miqdarda olan qara melaninin təsiri ilə izah edirlər. Melanin radiasiyanı udaraq göbələyin böyümə sürətini təxminən 10 faiz artırır. Alimlər bu prosesi “radiosintez” adlandırırlar.

Bu kəşf ilk dəfə 2007-ci ildə nüvə mütəxəssisi Ekaterina Dadaçova tərəfindən qeydə alınıb və hazırda radiasiyadan qorunma texnologiyalarının inkişafı, eləcə də kosmik tədqiqatlar üçün yeni imkanlar yaratdığı üçün xüsusi maraq doğurur.

Radiasiyanı “yeyən” göbələk tapıldı - Foto