Ramazan ayının başlaması ilə bağlı nə vaxt fitva veriləcək?

Ramazan ayının başlaması ilə bağlı nə vaxt fitva veriləcək? Maraqlı


Sabah Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Ramazan ayının başlaması ilə bağlı fitva veriləcək.

News24.az xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, ilahiyyatçı-alim Fuad Nurullayev deyib.

“Sabah Qafqaz Müsəlmanları İdarəsində Ramazan ayının başlaması münasibəti ilə tədbir keçiriləcək, elə tədbirdə də fitva veriləcək”, – F. Nurullayev bildirib.