Rusiyalı alimlər 3D printerdə əsl ət çap ediblər
Maraqlı
Don Dövlət Texniki Universitetinin (DSTU) rusiyalı alimləri 3D printerdə əsl ətin çapı üçün texnologiya hazırlayıblar.
News24.az xəbər verir ki, bu barədə "Frontiers in Bioscience - Landmark" platformasındakı məqalədə deyilir.
Əsl ət yaratmaq üçün donor heyvandan alınan hüceyrələrin bir hissəsi tələb olunur. Materialı yığdıqdan sonra hüceyrələr rahat şəraitdə çoxalır. DSTU-nun mütəxəssisi Yevgeniya Kiriçenko qeyd edib ki, proses başa çatdıqdan sonra həmin maddə əsl ət dadına malik olur.
Mütəxəssis qeyd edib ki, uzunmüddətli perspektivdə bu texnologiya ət istehsalı xərclərini 20-30 faiz azalda bilər.//demokrat.az