Saç lakından istifadə edənlərə xəbərdarlıq
Maraqlı
Saç lakından uzun müddət istifadə edib saçları yumamaq baş dərisində məsamələrin tutulmasına, piy vəzilərinin fəaliyyətinin pozulmasına, qaşınma və kəpəyin yaranmasına səbəb ola bilər.
News24.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Maarif Universitetinin müəllimi Tatyana Droqanova məlumat verib.
Onun sözlərinə görə, saç laklarının tərkibində saç düzümünü sabitləyən polimerlər olsa da, həddindən artıq istifadə və ya lakın günlərlə saçda saxlanılması baş dərisinə mənfi təsir göstərə bilər.
Mütəxəssis əlavə edib ki, lakın tərkibindəki maddələr həssas dərili insanlarda allergik reaksiyalar yarada bilər.
Droqanova bildirib ki, lak hissəciklərinin tənəffüs yollarına və selikli qişalara düşməsi baş ağrısı, ürəkbulanma və qıcıqlanmaya səbəb ola bilər. Xüsusilə allergiya və astmadan əziyyət çəkən şəxslər risk qrupuna daxildir.
Mütəxəssis saç lakından az miqdarda istifadə etməyi, onu yaxşı havalandırılan məkanda tətbiq etməyi və günün sonunda şampunla yumağı tövsiyə edib.
O, həmçinin məhsul seçərkən tərkibində etil spirtinin olub-olmamasına və lakın qoxusuna diqqət yetirməyi məsləhət görüb.
Kəskin spirt və kimyəvi qoxu məhsulun aşağı keyfiyyətli olmasınıgöstərir. /Gazeta.ru/