"Samsung"un ən baha telefonu bu qiymətə satılacaq
Maraqlı
“Samsung” şirkəti üç dəfə qatlanan smartfonunu təqdim edəcək.
News24.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın “The Korea Herald” nəşri məlumat yayıb.
Məlumata görə, yeni qurğu Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı sammitində 28–31 oktyabr tarixlərində nümayiş etdiriləcək. Yeni cihaz “Samsung”un ən bahalı smartfonu olacaq. Onun qiymətinin 4 milyon vona (təxminən 4700 AZN) çatacağı gözlənilir. Telefon modelinin adının “Galaxy Z TriFold” olacağı ehtimal edilir.
Bundan əlavə, “The Korea Herald” tanınmış insayder Evan Blassa istinadən bildirib ki, yeni smartfon yalnız müəyyən ölkə bazarlarında satışa çıxarılacaq. Bahalı model Çin, Sinqapur, Tayvan və BƏƏ bazarlarında təqdim olunacaq.
Bu, cihazın yüksək qiyməti ilə əlaqələndirilir. Məlumata görə, “Samsung” sözügedən smartfondan cəmi 50 min ədəd istehsal edib.