Səhər gümrah oyanmağın - ÜSULLARI
Maraqlı
Səhər oyanmaq və yataqdan qalxmaq günün normal bir hissəsi olsa da, günə başlamaq bəzilərimiz üçün çox daha çətin ola bilər. Təbii üsullar və praktiki məlumatlar sayəsində səhərlər günə çox daha asan başlamaq sizin əlinizdədir.
News24.az günə enerjili başlamağın açarı sayılan təbii üsulları təqdim edir:
İlıq su və limon: Səhər yuxudan duranda ilıq suya bir neçə damcı limon suyu sıxıb içə bilərsiniz. Səhər təzə sıxılmış limonlu su içmək maddələr mübadiləsini sürətləndirir, həzmi dəstəkləyir və zehni təmizləyir. Bütün bu sağlam təsirlərlə günə çox daha enerjili başlaya bilərsiniz.
Üzünüzü soyuq su ilə yumaq: Üzünüzü soyuq su ilə yumaq səhərlər ilk təkrarlamalı olduğunuz bir vərdişdir. Səhər yuxudan duranda üzünüzü soyuq su ilə yumaq üzdə qan dövranını sürətləndirir. Yuxu hissini azaltmağa kömək edir və enerji artımını təmin edir.
Təbii işıqla oyanmaq: Səhər günəş işığına məruz qalaraq oyanmaq orqanizmin bioloji saatını tənzimləyir. Eyni zamanda beyninizə səhər olduğu siqnalı göndərilir və melatonin istehsalı azalaraq oyanmağı asanlaşdırır. Bu vərdiş həm də əhval-ruhiyyəni yaxşılaşdırır.
Yüngül idman hərəkətləri: Günə səhər oyandığınız zaman sadə hərəkətlər və yüngül məşqlərlə başlamaq bədəndəki enerji səviyyələrini artırır. Əzələləri və zehni stimullaşdıraraq oyanışı təmin edir. Bu yolla günə daha motivasiyalı və enerjili başlaya bilərsiniz.
Məryəm İlhamqızı