Səhər kolbasa yeyənlərə bəd xəbər

Səhər kolbasa yeyənlərə bəd xəbər Maraqlı

Dietoloq Luis Miralles səhər yeməyində geniş yayılmış bəzi qidaların sağlamlıq üçün ciddi risklər yarada biləcəyi barədə xəbərdarlıq edib.

News24.az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, kolbasa, yağlı tost və qəhvədən ibarət səhər yeməyi günə başlamaq üçün ən uğursuz seçimdir.

Miralles bildirib ki, bu cür qidalar yüksək miqdarda ultra emal olunmuş məhsullar və rafinə edilmiş un ehtiva edir. Onların müntəzəm istehlakı sağlamlıq problemləri riskini artıra bilər.