Soyuqda telefonunuzu belə qoruyun - Əks halda 15 dəqiqəyə...

Soyuqda telefonunuzu belə qoruyun - Əks halda 15 dəqiqəyə... Maraqlı

Soyuq havada telefonu enerji ilə doldurmaq batareyaya bərpaolunmaz zərər vura bilər. Bu, bir dəfəlik enerji yükləməsi zamanı onlarla iş dövrünün itirilməsinə bərabərdir.

News24.az xəbər verir ki, qışda cihazın enerji ilə bağlı bütün əməliyyatlarını isti mühitə qayıtdıqdan sonra həyata keçirmək daha məqsədəuyğundur.

“Litium-ion” batareyaları aşağı temperatura qarşı son dərəcə həssasdır. Soyuq batareya doldurulduqda onun daxilində arzuolunmaz kimyəvi proseslər başlayır. Soyuq hava batareyalarda kristallaşaraq dendritlər əmələ gətirir.

Nəticədə batareyanın tutumu bərpaolunmaz şəkildə azalır.

Əgər telefon küçədə sönübsə, ekspert məsləhət görür ki, əvvəlcə isti yerə keçin və cihazı enerji mənbəyinə qoşmazdan əvvəl ən azı 15 dəqiqə gözləyin. Bu müddətdə cihaz təhlükəsiz temperaturadək isinəcək və zərər riski minimuma enəcək.

Ən vacibi cihazın çox soyumasına imkan verməməkdir. Telefonu, planşeti və ya noutbuku uzun müddət soyuqda, qızdırılmayan otaqda və ya gecəni küçədə qalmış avtomobildə qoymayın. 10 dərəcədən aşağı temperatur elektronika üçün kritik sayılır.

Soyuqdan qorunmaq üçün qalın silikon, dəri və ya plastik qoruyucu örtüklərdən istifadə edin. Onlar korpusun soyumasını ləngidir və temperatur dəyişikliklərini yumşaldır.

Cihazı gödəkçənin daxili cibində, bədənə yaxın saxlayın. İnsanın istiliyi sabit temperaturu qorumağa kömək edir.

Açıq havada cihazdan istifadəni minimuma endirin. Soyuqdan sonra cihazı dərhal yandırmayın otaq temperaturunda 15–20 dəqiqə tədricən isinməsinə şərait yaradın.

Birdən işə salmaq cihazın içərisində kondensat əmələ gətirə bilər ki, bu da lövhələrin korroziyasına və qısaqapanmaya səbəb olur.