Süni intellekt Maskı tarixin "zirvə"sinə qaldırdı
Maraqlı
İlon Maskın yaratdığı süni intellekt botu Grok sosial mediada gündəm olub.
News24.az xəbər verir ki, istifadəçilərin paylaşdığı ekran görüntülərində bot Maskın atletikliyini və zəkasını tərifləyərək onu “dünya tarixində ən böyük insan” kimi qiymətləndirib.
xAI tərəfindən yaradılan Grok Maskın idman performansı və fotoları ilə bağlı suallara qeyri-adi cavablar verərək onun LeBron James-dən daha “holistik şəkildə fit” olduğunu və Mike Tysonu döyüşdə məğlub edə biləcəyini iddia edib.
Rolling Stonun məlumatına görə, bot silinmiş cavablarından birində Maskın “80–100 saatlıq iş tempinə görə daha dözümlü” olduğunu da bildirib. Başqa bir sualda Grok Maskın çimərlik fotolarını “intizamlı oruc və məşq nəticəsində yağ faizini aşağı salıb” sözləri ilə şərh edib.
Məlumatların yayılmasından sonra İlon Mask X-də açıqlama verərək cavabların manipulyativ suallarla yönləndirildiyini bildirib:
“Bu gün Grok manipulyativ suallarla absurdcasına müsbət cavablar verməyə məcbur edilib", - deyə o qeyd edib.