Süni intellektlə 750 min manat qazandı
Maraqlı
Rusiyanın Nijni Novqorod vilayətində yaşayan Anastasiya bir ay təsadüfi lotereya biletləri alsa da, bəxti gətirməyib. Sonra strategiyasını dəyişmək qərarına gəlib və proqnozlara əsaslanaraq süni intellektdən məsləhət alıb.
News24.az xəbər verir ki, bu strategiya ona Rapido Pro lotereyasında düz 36 milyon rubl(təxminən 750 min azn) qazandırıb.
O, süni intellektlə işləyən neyron şəbəkəsi ilə məsləhətləşərək, təklif olunan ədədlərin xüsusi birləşməsini seçib.
Rusiyanın ən böyük dövlət lotereya distribütoru olan Stoloto Anastasiyanın uduşunu təsdiqləyib.
Mükafatı qazandıqdan sonra Anastasiya ev almağı, həmçinin noutbuk və məişət texnikası almaq üçün Çinə getməyi düşünür.
Məryəm İlhamqızı