"Survivor"da yenilik: Acun Ilıcalı açıqladı
Maraqlı
TV8-də yayımlanan “Survivor 2026” realiti-şousunda ilk dəfə yeni cəza sistemi tətbiq olunacaq.
News24.az xəbər verir ki, yarışmanın “Məşhurlar” və “Könüllülər” komandaları uduzduqları təqdirdə təkcə mükafatlardan məhrum edilməyəcək, eyni zamanda əvvəlki mövsümlərdən fərqli olaraq televiziya ekranlarında yayımlanmayacaq xüsusi cəzalarla üzləşəcəklər.
Əvvəllər iştirakçılara zibil toplamaq və qab yumaq kimi nisbətən sadə cəzalar tətbiq edilirdisə, bu mövsümdə RTÜK qaydalarına uyğun olaraq bir sıra cəzaların televiziya yayımından kənarlaşdırılması qərara alınıb.
“Survivor”un prodüseri Acun Ilıcalı bildirib ki, yeni cəza mexanizmləri televiziya vasitəsilə deyil, fərqli platformalar üzərindən izləyicilərə təqdim ediləcək.