Tacir Ağdama köçür

Tacir Ağdama köçür Maraqlı

Müğənni Tacir Şahmalıoğlu Bakıdan köçməyə hazırlaşdığını açıqlayıb.

News24.az xəbər verir ki, sənətçi bu barədə “Evdəkilərə salam” verilişində danışıb.

O bildirib ki, yaxın aylarda Ağdama köçəcək:

“Oğlumun toyunun bitməsini gözləyirdim. Dövlət ev verir, köçlər başlayır. Yaxın aylarda mən də köçəcəyəm. Əvvəllər də Ağdamda yaşamışıq, hərdən Bakıya gəlib-getmişik. Amma indi Ağdamda yaşamaq istəyirəm. Oranın havası başqadır” .

T.Şahmalıoğlu Ağdamda uzun illərdir reallaşdırmaq istədiyi arzunu da həyata keçirmək niyyətində olduğunu söyləyib:

“Çoxdankı arzum kiçik bir musiqi məktəbi açmaqdır. Bakıda bu mümkün deyil. Səs Qarabağ torpağında yetişir. Orada gözəl səslər yetişdirəcəyəm. Mənim artıq dərs demək yaşımdır.(axşam.az)