Tarixi dəyişən kəşf: 400 min il əvvələ aid elə bir şey tapıldı ki…

Tarixi dəyişən kəşf: 400 min il əvvələ aid elə bir şey tapıldı ki… Maraqlı

Britaniyalı alimlər dünyada indiyə qədər tapılmış ən qədim ocağı aşkar ediblər. Araşdırmalara görə, həmin ocaq təxminən 400 min il əvvəl yandırılıb.

News24.az xəbər verir ki, tədqiqatçılar qədim ocağın yerində çöküntülər, çaxmaqdaşı alətləri aşkarlayıblar. Alimlər bunun qədim insanların odu idarə etdiyini və məqsədli şəkildə yandırdığını sübut etdiyini bildirirlər.

Buna qədər mövcud elmi məlumatlara görə, insana məxsus ən qədim ocaq izləri Fransada tapılan və 50 min il əvvəl yandırıldığı düşünülən tonqala aid idi. Yeni kəşf bu müddəti 350 min il geriyə çəkərək insan tarixinin ən önəmli mərhələlərindən birinə yeni işıq salıb.