Telefon şarj olmursa nə etməli?

Telefon şarj olmursa nə etməli? Maraqlı

Əgər telefon şarj olmursa və ya şarj kabeli tam yerinə oturmursa, səbəb çox güman ki, şarj yuvasında yığılan xırda toz və kir ola bilər. Bu halda portu təmizləmək lazımdır lakin çox diqqətlə.

News24.az bununla bağlı məlumatı təqdim edir:

Şarj portunun içində zamanla:

qum dənəcikləri

toplana bilər və bu da kontaktın zəifləməsinə, şarjın kəsilməsinə və ya ümumiyyətlə şarj etməməsinə səbəb olur.

Evdə necə təmizləmək olar?

Bu işi zərər vermədən və diqqətlə görmək lazımdır. Aşağıdakı addımları izləyə bilərsiniz:

1. Adi taxta diş çöpündən istifadə edin

Ucuna çox az miqdarda pambıq dolayın (qulaq çöpündəki kimi).

Onu ehtiyatla şarj yuvasına daxil edin.

Qətiyyən çox güclə basmayın! Əks halda kirləri daha da içəriyə itələyə bilərsiniz.

2. Alternativ: izopropil spirt (izopropanol)

Pambığı bir damla izopropil spirtlə isladın.

Yavaşca portun içini silin.

Tam quruyana qədər gözləyin! Sonra telefonu qoşub yoxlayın.

Qeyd: İzopropil spirt elektronika üçün təhlükəsiz təmizləyici sayılır, amma onu çox istifadə etmək və ya isladılmış parçanı cihazda uzun müddət saxlamaq olmaz.

Bəs sıxılmış hava?

Bəzi mənbələr sıxılmış hava balonundan istifadə etməyi məsləhət görür. Bu üsul:

Doğrudur, effektivdir

Amma ev şəraitində hər kəsin əlində sıxılmış hava balonu olmur

Yanlış istifadə edildikdə, maye sıçraması və ya zədələnmə riski var

Telefon hələ də şarj olunmursa...

Əgər təmizlədikdən sonra da problem davam edirsə:

Mümkündür ki, kontaktlar zədələnib

Yaxud şarj portunun özündə mexaniki problem var. Bu halda texniki servisdə diaqnostika aparılması vacibdir.

Şarj portu niyə tez çirklənir?

Telefonun cibdə, çantada, qum və tozlu mühitdə saxlanması

Əlindən düşməsi, torpağa və ya quma düşməsi

Uzun müddət istifadə olunması, hamısı portun içinin çirklənməsinə səbəb olur./lent